02. MÜKƏMMƏL İQLİM VƏ ŞƏRAİT
İnnovasiya və Təcrübənin Vəhdəti
Toxumun əkilməsindən məhsulun yığılaraq qablaşdırılmasına qədər olan bütün proseslər beynəlxalq Global GAP standartları çərçivəsində tənzimlənir. Tam avtomatlaşdırılmış, iqlimin xüsusi sensorlarla idarə olunduğu istixanalarımızda kimyəvi yox, sırf bioloji mübarizə üsullarından istifadə edirik. Əsas məqsədimiz həm insan sağlamlığını qorumaq, həm də təbiətə heç bir zərər vurmadan 100% qalıqsız, təbii qida istehsalını təmin etməkdir.